Türkiyə ordusu İraqda itki verdi

OXUNUB: 707 DÜNYA

Şimali İraqın Zap rayonunda kustar üsulla hazırlanmış bombanın partladılması zamanı iki türkiyəli hərbi qulluqçu şəhid olub, daha üçü isə yaralanıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb. 

Qeyd edilir ki, partlayıcı qurğu PKK terrorçuları tərəfindən işə salınıb. Yaralı hərbçilərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Məlumata əsasən, hadisədən sonra həyata keçirilən hava əməliyyatı zamanı səkkiz terrorçu zərərsizləşdirilib./oxu

İcmal.Az

RƏYLƏR