Türkiyə ordusu Suriyada yenə şəhid verib

OXUNUB: 687 DÜNYA
Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində davam etdirdiyi "Barış bulağı” antiterror əməliyyatında iştirak edən hərbçilərindən daha biri şəhid olub.

İCMAL.az-ın Milli Müdafiə Nazirliyinin rəsmi internet saytına istinadla xəbər verir ki, çavuş Suat Topçu terrorçuların əvvəlcədən basdırdığı əldədüzəltmə bombanı zərərsizləşdirmək istəyərkən partlayış baş verib və nəticədə hərbçi həyatını itirib.

Milli Müdafiə naziri Hukusi Akar şəhidin ailəsinə başsağlığı verib.

RƏYLƏR