Türkiyə prezidenti Ərdoğan İngiltərənin baş naziri ilə telefon əlaqəsi saxladı

OXUNUB: 1063 DÜNYA
Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan İngiltərənin baş naziri Tereza Mey ilə telefonla danışıb.

"Ölkə.Az" xəbər verir ki, siyasətçilər bölgə problemləri haqqında fikir mübadiləsi aparıblar. Bu barədə Türkiyə prezidentlik idarəsindən məlumat verilib.

Bildirilir ki, Ərdoğan və Mey ikitərəfli münasibətləri müzakirə ediblər. Siyasətçilər eyni zamanda bölgədəki problemlər barədə də fikir mübadiləsi aparıblar. İngiltərə ilə ikitərəfli münasibətləri hər sahədə inkişaf etdirməyin vacib olduğunu vurğulayan Ərdoğan İngiltərənin baş naziri ilə Suriya, Kipr və Avropa İttifaqına dair məsələlərə də toxunub.

RƏYLƏR