Türkiyə rus buğdasının idxalına olan qadağanı aradan qaldırdı

OXUNUB: 822 İQTİSADİYYAT

Türkiyə hökuməti Rusiya buğdasının ölkəyə idxalına tətbiq olunan məhdudiyyətləri ləğv edib. 

Bunu Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib.

O deyib ki, qarşılıqlı fayda əsasında əməkdaşlığı davam etdirməyə hazırdılar: "Türkiyənin buğda bazarı bizim üçün prioritetdir, biz orada 3 mln. tondan çox buğda satırıq. Bu, yaxşı rəqəmdir”.   

Xatırladaq ki, Türkiyə martın 15-dən ölkə daxilində emal olunan bəzi kənd təsərrüfatı məhsullarının (buğda və günəbaxan yağı daxil olmaqla) tədarük qaydalarına dəyişiklik edib.

Dəyişikliklərə görə, Rusiya rüsumsuz tədarük hüququna malik ölkələrin siyahısına daxil edilməyib. Buna səbəb Türkiyə mallarının (xüsusən, pomidorlarının) Rusiyaya tədarükünə qoyulan qadağanın qismən qüvvədə qalması olub. /oxu

 

 İcmal.Az

RƏYLƏR