Türkiyə SQ Suriyadakı əməliyyat çərçivəsində 600-dən çox terrorçunu zərərsizləşdirib

OXUNUB: 545 DÜNYA
Türkiyə Silahlı Qüvvələri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 611 PKK / PYD-YPG terrorçusunu zərərsizləşdirib. İCMAL.az-ın məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib. Bildirilir ki, Fıratın şərqində uğurla davam edən "Sülh bulağı" əməliyyatı zamanı ümumilikdə 611 PKK / YPG terrorçusu zərərsizləşdirilib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

RƏYLƏR