Türkiyə Suriya ilə sərhədə hərbi texnika cəmləməyə davam edir

OXUNUB: 835 DÜNYA

Türkiyə Suriya ilə sərhədə hərbi texnika cəmləməyə davam edir.

Bu gün səhər Türkiyə Silahlı Qüvvələri Kilis vilayətinə əlavə hərbi nəqliyyat vasitələri göndərib.

Vilayətdə bütün hərbi birləşmələrin yüksək dərəcəli döyüşə hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.

Qeyd edək ki, ötən gün Türkiyənin Suriyada "Azad Suriya Ordusu" ilə birgə yeni hərbi əməliyyatlara hazırlaşdığı deyilirdi./trend

İcmal.Az

RƏYLƏR