Türkiyə təyyarəsi təcili eniş etdi

OXUNUB: 747 DÜNYA

"Turkish Airlines" aviaşirkətinin Antalyadan Moskvaya uçan təyyarəsi İstanbulun Atatürk hava limanında təcili eniş edib.

İcmal.Az-ın məlumatına əsasən, uçuş zamanı idarəetmə sistemində nasazlıq müəyyən olunub.
"Boeing 737-800" Antalyadan yerli vaxtla 22:00-da havaya qalxıb. Qara dənizin üzərində olan zaman pilotlar nasazlıq aşkar ediblər. 

Təyyarə İstanbulun dispetçer xidmətinin məsuliyyəti zonasında olduğu üçün laynerə Atatürk hava limanında eniş etməyə icazə verilib.

Hazırda təyyarə yoxlama və təmirə göndərilib.

İcmal.Az

RƏYLƏR