Türkiyə və Rusiya hərbçiləri Suriyada birgə patrul xidməti aparacaqlar

OXUNUB: 43 DÜNYA

Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimalında birgə patrul xidməti həyata keçirəcəklər. 

TASS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. 

 

Ərdoğan bildirib ki, sabahdan başlayaraq 150 saat ərzində kürd birləşmələri 30 kilometrlik ərazini tərk edəcəklər və bundan sonra Türkiyə və Rusiya hərbçiləri həmin ərazilərdə patrul xidmətinə başlayacaq. 

Birgə patrul xidməti Türkiyə sərhədindən Suriya ərazisinin 10 kilometr dərinliyinədək olan hissəsini əhatə edəcək. 

Bundan başqa, terrorçular Tel Rifat və Mənbiç şəhərlərini də tərk edəcək və Türkiyə sərhədindən 30 kilometr kənara çəkiləcəklər. 

RƏYLƏR