Türkiyədə 10 PKK terrorçusu məhv edilib

OXUNUB: 792 DÜNYA

Türkiyənin şərqində PKK terror qruplaşmasının 10 silahlısı məhv edilib.

Bu barədə Van qubernatorunun administrasiyasından xəbər verilib.

Xəbərdə bildirilir ki, terrorçuların mövqeləri pilotsuz uçuş aparatı ilə müəyyən edilib. Bundan sonra Hərbi Hava Qüvvələri Van vilayətinin şərqindəki Koruklu kəndində PKK silahlı qruplaşmasına zərbələr endiriblər.

Əməliyyat zamanı "F-16” təyyarələrindən istifadə edilib. Məlumata görə, PKK silahlıları yeni terror aktı planlaşdırırmış./report

 

İcmal.Az

RƏYLƏR