Türkiyədə ağır qəza: 19 yaralı

OXUNUB: 583 DÜNYA

Türkiyənin cənubundakı Hatay vilayətində iki yük maşını və sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.

 

Faktla bağlı polis araşdırmalara başlayıb.

İcmal.Az

RƏYLƏR