Türkiyədə Avropanın ən uzun tuneli tikilir

OXUNUB: 972 DÜNYA

Türkiyədə Avropanın ən uzun tuneli inşa edilir. Bu tunel uzunluğuna görə dünyada ikinci olacaq.  "Yeni Ziqana” tuneli iki tuneldən ibarətdir, uzunluğu 14,5 km-dir. 

Yeni tunel Türkiyənin Qara dəniz regionunun şərq hissəsinin əyalətləri ilə Yaxın Şərq, Qafqaz və İran arasında məsafəni qısaldacaq. 

İnşaat işləri təsdiq edilmiş plan üzrə gedir. Tunel iki: Gümüşxana əyaləti və Trabzon əyaləti istiqamətlərindən ibarət olacaq. 

Gün ərzində tunel tikintisinin orta sürəti 10 metrə yaxındır.  Daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, tunelin tikintisi 2019-cu ilin oktyabr ayının 29-na qədər başa çatacaq. 

Türkiyənin ən uzun avtomobil tuneli Ziqan dağ silsiləsindən keçir. Zıqqan aşırımı yüksək riskli yol hesab edilir. Əlverişsiz hava şəraiti zamanı, əsasən də qış aylarında bu yolla səfərlər təhlükəli hesab edilir. Yeni tunel hərəkətin təhlükəsizlik səviyyəsini yüksəldəcək və yol qəzalarının sayının azalmasına vasitəçi olacaq./oxu

 İcmal.Az

RƏYLƏR