Türkiyədə azərbaycanlı transseksual öldürüldü – FOTO + VİDEO

OXUNUB: 898 HADİSƏ

İstanbulda  hoteldə meyiti tapılan Azərbaycan əsilli, Roman adlı transseksualın qatili yaxalanıb.

 Onun qatilinin İran əsilli Aşkan Kazemi olduğu bəlli olub.

Aşkan Kazemi Romanı öldürdükdən sonra mindiyi taksinin şoferini yaralayıb. Daha sonra onu soyaraq Bursaya gedib, orada bir qadın şoferə qarşı eyni əməli təkrarlamaq istəyərkən ələ keçib.

Qatilin kimliyi hotel kameraları vasitəsi ilə müəyyənləşdirilib.

O, polis idarəsinə "əvvəlcə qadın zənn etdim, transseksual olduğunu gördüm, dalaşdıq və öldürdüm” deyib.

Hadisənin təfərrüatını araşdıran polis onun 8 Martda Tarlabaşı Altın Bakkal küçəsində, üçmərtəbəli hotelin otağında Romanı öldürüldüyünü müəyyən edib.

Romanın boğaz nahiyəsində kəsiklər olduğu, bıçaqlandığı, daha sonra boğulduğu bəlli olub.

"İstiqlal küçəsində gəzərkən rastlaşdım, 200 lirəyə razılaşdıq. Hotelə gəldik. Qadın zənn etmişdim, kişi olduğunu görəndə getməsini istədim. Ancaq o pul istədi, dalaşdıq, öldürdüm”, – İran əsilli qatil bildirib.

Faktla bağlı cinayət işi açılıb./oxu

 

İcmal.Az

RƏYLƏR