Türkiyədə gecə saatlarında oteldə baş verən bu olay qərb mətbuatının manşetində - VİDEO

OXUNUB: 1060 DÜNYA

İngiltərənin öndə gedən qəzetlərinin başlıqlarını bu gün Türkiyədə baş verən bir olay bəzəyib. Dünən gecə Mərmərədəki oteldə baş verən yanğın böyük bir davaya çevrilib. Otel işçiləri ilə ingiltərəli müştərilər ələbəyaxa olublar.

İddiaya görə oteldə hər hansı bir yanğın həyəcanı olmayıb, yanğınsöndürmə balonları da işləməyib. Yanğının böyüməsi müştəriləri oteldən çıxarmağa çalışan səlahiyyətlilərlə içəridə qalan şəxsi əşyalarını götürməyə çalışan turistlər arasında davaya gətirib çıxarıb.

İngiltərənin "Daily Mirror" və "Daily Mail" qəzetlərinin iddiasına görə, bir ofisiantla qadın turist arasında da dava olub. Bundan əlavə 29 yaşlı Emma Sorley ilə sevgilisi Ceymis Fernandesin beş nəfər tərəfindən təpik və yumruqla döyüldükləri də iddia edilir.

Otelin dəhlizində yaşanan bu hadisə bir müştəri tərəfindən çəkilib, İngiltərə mətbuatına göndərilib.

 


İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyədə gecə saatlarında oteldə baş verən bu olay qərb mətbuatının manşetində

RƏYLƏR