Türkiyədə hərbçilərin kütləvi zəhərlənməsi

OXUNUB: 632 DÜNYA

Türkiyənin Amasya vilayətində hərbi hissələrin birində hərbçilərin kütləvi zəhərlənməsi halı baş verib.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Haberturk nəşri yazır.

Məlumata əsasən, zəhərlənmə hadisəsi hərbi hissədə gəmiricilərlə mübarizəyə qarşı tədbirlərdən sonra qeydə alınıb.

Ümumilikdə 81 hərbi qulluqçunun xəstəxanaya yerləşdirildiyi qeyd olunur.

İcmal.Az

RƏYLƏR