Türkiyədə İlin universiteti seçildi-FOTOLAR

OXUNUB: 131 MARAQLI

Bu ada İstanbul Aydın Universiteti layiq görülüb

Türkiyənin nüfuzlu iqtisadiyyat nəşrlərindən "Ekovitrin” jurnalı tərəfindən hər il ənənəvi olaraq təşkil edilən "İlin Ulduzları” sorğusunun nəticələri açıqlanıb. İcmal.az xəbər verir ki, üç ay davam edən sorğuda ümumilikdə 463 min 150 respondent iştirak edib. Sorğunun nəticələrinə görə, bir sıra şəxs və qurumlar ilin ən yaxşıları seçilib.

İlin Universiteti nominasiyası üzrə isə qalib Türkiyənin ən böyük vəqif universiteti olan İstanbul Aydın Universiteti qalib olub. Universitet 4 mini xarici olmaqla, 39 min tələbəsi, beynəlxalq standarlara cavab verən maddi texniki bazası, yüksək hazırlıqlı kadr potensialı, geniş beynəlxalq əlaqləri ilə bu ada layiq görülüb.

Mükafatların təqdimetmə mərasimində İstanbul Aydın Universitetinin İdarə Heyətinin sədri Dr. Mustafa Aydın, rektoru professor Yadigar İzmirli, Beynəlxalq əlaqələr üzrə direktor müavini Salman Arslanbaş və digər universitet təmsilçiləri iştirak edərək, İlin Universiteti Fəxri Mükafatını qəbul ediblər.


RƏYLƏR