Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanıldı

OXUNUB: 700 DÜNYA

Türkiyənin Bingöl əyalətində yarım il ərzində İŞİD-lə əlaqədə şübhəli bilinən 26 nəfər saxlanılıb.

 Əməliyyat Milli Kəşfiyyat Təşkilatının (MIT) əməkdaşlarının iştirakı ilə iyulun 24-dən dekabrın 28-dək keçirilib. Reyd zamanı partlayıcı qurğular, partlayıcı maddələrin istehsalı üçün nəzərdə tutulmuş avadanlıq, 4,6 min dollar və ov tüfəngləri aşkarlanaraq götürülüb.

Əməliyyatlar İstanbul, Adana, İzmir və Kilis əyalətlərində keçirilib.

Suriya və İraqda İŞİD-lə münaqişə başlayandan bu vaxtadək Türkiyədə bu terrorçu qruplaşma ilə əlaqəli 5000-dən çox şəxs saxlanılıb, 95 ölkə vətəndaşı olan 3290 şəxs deportasiya olunub, 38 min şəxsin ölkəyə girişinə qadağa qoyulub. Məlumata görə, 350 nəfəri əcnəbi olmaqla, azı 780 nəfər həbs edilib./oxu

İcmal.Az

RƏYLƏR