Türkiyədə mina partladılıb: bir hərbçi şəhid olub, ikisi yaralanıb

OXUNUB: 556 DÜNYA

Türkiyənin Siirt əyalətinin Eruh rayonunda terrorçu PKK silahlılarının yola döşədikləri minaların partladılması nəticəsində bir hərbçi şəhid olub, ikisi yaralanıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, yaralı hərbçilər dövlət xəstəxanasına yerləşdiriliblər.

Şəhid və yaralı hərbçilər ixtisaslı çavuş olublar.

 

Türkiyə Silahlı Qüvvələrinin 17-18 iyun tarixlərində İraqın şimalında Avaşin-Basyan bölgələrində, Türkiyənin Diyarbakır əyalətinin Hani, Şırnak əyalətinin Silopi rayonlarında keçirdiyi antiterror əməliyyatları nəticəsində 26 terrorçu zərərsizləşdirilib, onların silah-sursat, ərzaq anbarları bombardman edilib.

İcmal.Az

RƏYLƏR