Türkiyədə PARTLAYIŞ: yaralılar var

OXUNUB: 966 DÜNYA
Türkiyənin şərqində Ağrı vilayətinin Doğubəyazit rayonunda əldədüzəltmə partlayıcı qurğunun partlaması nəticəsində Türkiyə HQ-nin 4 hərbçisi yaralanıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Türkiyə Baş Qərargahı məlumat yayıb.

Yayılan məlumatda qeyd edilir ki, partlayış həbçilər tərəfindən minik avtomobili yoxlanılarkən baş verib.

Yaralı hərbçilər xəstəxanaya yerləşdiriliblər.

İnsidentlə bağlı başqa təfərrüatlar verilməyib.
 
İcmal.Az

RƏYLƏR