Türkiyədə paxlava qızıl qiymətinə yüksəldi

OXUNUB: 1019 İQTİSADİYYAT

Qaziantep mətbəxinin ən məşhur şirniyyatlarından olan "Antep paxlavası”nın qiyməti 15 faiz bahalaşıb. 

 Buna səbəb Antep fıstıqlarının qiymətinin artması olub. 

Fıstıqlı paxlavanın kilosu 70 lirəyə yüksəlib. Qeyd edək ki, ötən il fıstığın kiloqramı 45-55 lirə, paxlava 60 lirə təşkil edirdi. Hazırda isə Türkiyədə fıstığın kiloqramı 120 lirədir. 

Qeyd edək ki, fıstığın bahalaşmasına səbəb tələbin böyüklüyü, təklifin getdikcə azalmasıdır. Bunun nəticəsində Türkiyədə paxlavanın qiyməti növündən asılı olaraq 70-100 lirə arasında dəyişir. /oxu

 

İcmal.Az

RƏYLƏR