Türkiyədə şagird sinfin ortasında sevdiyi qızı öldürdü – VİDEO

OXUNUB: 924 DÜNYA

Türkiyənin Bursa şəhərində lisey şagirdi sinif yoldaşını qətlə yetirib.

İcmal.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 16 yaşlı Həsən özü ilə məktəbə gətirdiyi odlu silahla hər kəsin gözləri qarşısında Nilufər adlı şagirdi güllələyib.

Sonra öz başına atəş açaraq intihara cəhd edib. 

Hadisə yerinə gələn təcili yardım əməkdaşları Nilufəri xilas edə bilməyiblər. Ağır yaralanan Həsən isə xəstəxanaya aparılıb.

Polislər cinayət hadisəsi ilə bağlı araşdırmaya başlayıb. İlkin araşdırmada məlum olub ki, Həsənlə Nilufər sevgili olublar və son zamanlar onların arasında problem yaşanıb.

Həsən məktəbə gəlməzdən əvvəl sinif yoldaşı olan oğlanların "WhatsApp” qrupuna "Niluferi vurmağa gəlirəm” mesajını yazıb.

İcmal.Az

RƏYLƏR