Türkiyədə seçki: Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i

OXUNUB: 566 DÜNYA

Türkiyədə qarşıdan gələn 2019-cu il prezident seçkiləri ilə bağlı hakim AKP və ikinci müxalifət partiyası sayılan MHP arasında yaranacaq seçki ittifaqının adı bəlli olub.

Belə ki, yaxın zamanlarda rəsmi təsisi və elanı gözlənilən seçki ittifaqı "Cümhur” adlanacaq. Bunu AKP lideri və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Həmin seçki ittifaqına digər bir partiyanın, zamanında MHP ilə birgə fəaliyyət göstərən və sonra partiyadan ayrılan millətçi-sağçı Böyük Birlik Partiyasının (BBP) da qoşulacağı gözlənilir. Bunu da BBP lideri Mustafa Destici bəyan edib.

"Cümhur” ittifaqına xeyir-duasını verən M.Destici yaxın gələcəkdə özlərinin də həmin ittifaqa qoşula biləcəklərini söyləyib. Eyni zamanda, BBP lideri dinçi-mühafizəkar, zamanında Ərdoğana yaxınlığı ilə seçilən Səadət Partiyasının da həmin ittifaqa qoşulmasının arzuolunan olduğunu söyləyib.

Ancaq Səadət Partiyasının seçkilərdə eks-prezident, AKP-nin iki qurucusundan biri Abdullah Gülün namizədliyini irəli sürəcəyi - əgər həmin şəxs seçkilərə AKP-dən kənar qatılarsa -, ya da mərkəzçi-sağçı partiya olan "İYİ Parti” lideri, sabiq daxili işlər naziri və eks vitse-spiker Meral Akşənərin namizədliyini dəstəkləyəcəyi gözlənilir.

Adıçəkilən partiyanın lideri Temel Karamollaoğlu bildirib ki, əgər Gül namizədliyini irəli sürərsə və ya razılıq versərsə, onu "Səadət” Partiyasının namizədi kimi irəli sürə, dəstəkləyə bilərlər. Ancaq A. Gül də hələlik seçkilərlə bağlı gözləmə mövqeyi nümayiş etdirməyə üstünlük verir, seçki qərarını açıqlamağa tələsmir.

"Cümhur” ittifaqı ilə bağlı məsələ bəyan olunandan sonra  dərhal hərəkətə keçən, Ərdoğana daha çox ciddi rəqib və alternativ sayılan M. Akşənər də öz növbəsində dünən 12 partiyanın təmsilçiləri ilə bir araya gəlib. O,12 ayrı-ayrı partiyadan olan tanınmış siyasətçi ilə böyük bir koalisiya görüntüsü altında bərabər nahar edib.

Konkret qeyd etsək, Akşənərin "Point Otel”dəki  görüş-nahar yeməyi dəvətinə vaxtı ilə üzvü olduğu MHP-cilərlə yanaşı, AP, ANAP, AKP, DSP, HP-SHP, DYP,  "Rifah”, "Fəzilət”, "Səadət” partiyalarından və BBP-dən 300-yə yaxın  siyasətçi - sabiq nazirlər, dövlət məmurları, millət vəkilləri qatılıb.

Sular "durulmaq”  bilməyən "ana müxalifət” partiyasında - CHP-də  hələ də namizəd axtarışı davam edir. Partiyanın öz namizədi ilə seçkiləri gedəcəyi, yoxsa, "vahid namizəd”lə seçkilərə qatılacağı yönündə hələlik dəqiq qərarı yoxdur.

Terrorçu PKK-nın siyasi qolu olan HDP-də isə...

İcmal.Az

RƏYLƏR