Türkiyədə sərnişin daşıyan avtobus aşdı

OXUNUB: 555 DÜNYA

Türkiyədə sərnişin daşıyan avtobus aşıb.

Hadisə ölkənin Hatay bölgəsində baş verib.

Məlumatlara görə, Muş-Solhan avtomobil yolu üzərində, Hataydan Muş istiqamətinə gedən avtobus yol qırağındakı dərəyə yuvarlanıb.

İlkin ehtimallara görə, qəza avtobus sürücüsünün idarə etməni itirməsi səbəbindən baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 20 nəfərdən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb./publika

İcmal.Az

RƏYLƏR