Türkiyədə suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi DAVA

OXUNUB: 702 DÜNYA

Türkiyənin Sakarya vilayətində suriyalı qaçqınlarla yerli sakinlər arasında kütləvi dava düşüb.

Qarşıdurmada ümumilikdə 100-ə yaxın insan iştirak edib.

Davaya suriyalı qaçqınlardan biri ilə işəgötürən arasında mübahisə səbəb olub. Belə ki, mübahisəyə digər qaçqınlar və yerli sakinlər də qoşulublar.

Suriyalıların avtomobillərə və evlərin pəncələrinə daş atdığı bildirilir.

 

Hadisə yerinə gələn polis əməkdaşları dava salan suriyalıları saxlayıblar./trend

 

İcmal.Az

RƏYLƏR