Türkiyədən Azərbaycana jest - “Derbidə “Qarabağ”ın plakatı açılsın”

OXUNUB: 842 İDMAN

Bu gün Türkiyənin və dünyanın ən böyük derbilərindən birində "Qarabağ” plakatı açıla bilər.

Plakatın "Sabah” qəzetində Mövlud Tezelin Azərbaycan xalqını və "Qarabağ” azarkeşlərini təhqir edən məlum yazısına etiraz olaraq açılması təklif edilib. 

Təklif "Fənərbahça” klubunun ən böyük azarkeş qruplarından biri olan "Fenerist” tərəfindən edilib: 

""Fənərbağça” və "Qalatasaray” azarkeşlərindən xahişimiz bu "tərbiyəsiz” yazıya qarşılıq olaraq derbidə "QARABAĞ” plakatı açmalarıdır”, - deyə azarkeş qrupunun çağırışında bildirilib.

Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 20:30-da başlayacaq./qafqazinfo


 

İcmal.Az

RƏYLƏR