Türkiyədən və Azərbaycandan qovulan "Fətullahçılar"ın Lvov toplantısı — Elnur Aslanov, iş adamları və ...

OXUNUB: 1402 Özəl HADİSƏ
Azərbaycan Prezident Administrasiyasının eks şöbə müdiri "nurçuluq"da ittiham olunduqdan sonra vəzifəsini itirən və sonra ölkəni tərk etdiyi bildirən Elnur Aslanovun da iştirakı Ukraynanın Lvov şəhərində bir qrup azərbaycanlı və türkiyəli iş adamlarının toplantısı keçirilib.


"Ölkə.Az"-a daxil olan məlumata əsasən toplantı iştirakçıları əsasən Türkiyədə və Azərbaycanda Gülən şəbəkəsi ilə əməkdaşlıqda (Fətullah Gülənçi) ittiham olunan, mühacir edən şəxslər olub. 

Toplantıda AzTV-nin Ukrayna üzrə xüsusi müxbiri Möhsüm Aslanov və onun keçmiş operatoru Anar Tahirov da olub. 

Məlumatda qeyd olunur ki, AzTV-nin keçmiş əməkdaşı Anar Tahirov vaxtı ilə Elnur Aslanovun dəstəyi, Möhsüm Aslanovun təşkilatçılığı ilə yaratdığı Ukrayna Azərbaycanlı Gəncləri İctimai Birliyindən də "nurçulular" ilə bağlı ifşa olunduqdan sonra uzaqlaşdırılmışdı. Bir müddət sonra dostu Möhsüm Aslanovun dəstəyi ilə Azərbaycanın Ukraynadakı səfirliyinə mətbuat katibi təyin olunsa da Bakının ciddi iradından sonra oradan da uzaqlaşdırılıb. Daha sonra onun Lvova köçməsi və orada diaspor mərkəzi yaratması xəbəri yayılmışdı.

Onu da qeyd edək ki, Möhsüm Aslanov və Anar Tahirovun "işdənkənar" fəaliyyətləri barədə yerli mətbuatda dəfələrlə məlumatlar dərc edilib.
 
İcmal.Az

RƏYLƏR