Türkiyəli aparıcının evinə atəş açan şəxs həbs edildi - FOTO

OXUNUB: 583 ŞOU-BİZNES

Türkiyəli aparıcı Tanem Sivarın iki köpəyini zəhərləyərək öldürən qonşusu həbs olunub.

 Teleaparıcının polisə şikayət etməsindən sonra həmin şəxs bir müddət əvvəl nəzarət altına alınıb, sonra sərbəst buraxılıb. Bundan sonra T.Sivarın evinə və həyat yoldaşına atəş açıb.

T.Sivar sosial şəbəkə vasitəsilə həyatının təhlükə altında olduğunu qeyd edib və yenidən onunla bağlı müvafiq qurumlara şikayət edib.

Faktla bağlı araşdırma aparılıb və həmin şəxs yenidən həbs olunub./oxu

 

İcmal.Az

RƏYLƏR