Türkiyənin baş naziri Tereza Mey ilə görüşdü

OXUNUB: 964 DÜNYA
Türkiyənin baş naziri Binəli Yıldırım Londona səfər edib.

Yıldırım səfər çərçivəsində ingilis həmkarı Tereza Mey ilə görüşüb. Baş nazir İngiltərədə bu yaxınlarda keçiriləcək seçkilərə görə Meyə uğurlar arzulayıb.

Binəli Yıldırım Londonda Somali Konfransında iştirak edib. Görüşdən sonra Britaniyanın baş naziri ilə görüşən Yıldırım ikitərəfli münasibbətlər, bölgə və beynəlxalq mövzuları müzakirə edib.

Qeyd edək ki görüş mətbuata bağlı şəraitdə keçirilib. Müzakirələrdə İngiltərənin xarici işlər naziri Boris Conson da iştirak edib./olke.az
 
İcmal.Az

RƏYLƏR