Türkiyənin Bursa şəhərində, Uludağ Universitetində “Xocalı Soyqırımı”nın 27-ci il dönümü anılıb

OXUNUB: 721 SOSİAL
 Report`un Türkiyə bürosunun xəbərinə görə  "Unutmadıq, unutdurayacağıq” adı altında keçirilən anım tədbiri  Azərbaycanlı tələbələrin təşəbbüsü  ilə yaradılan "Uludağ Univeristeti Azərbaycan kültür sənət topululuğu” və Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən təşkil olunub.  Tədbirdə Universitetin müəllim və tələbələri, Azərbaycanın İstanbuldakı baş konsulluğunun nümayəndələri,  Bursa şəhərinin rəsmiləri, millət vəkilləri, siyasətçilər iştirak ediblər. Anım tədbirində Xocalıda yaşanan dəhşətlərin əks oldunduğu film nümayiş olunub. Daha sonra çıxış edən Uludağ Universitetinin rektor müavini Pr. Dr. Mehmet Yüce Xocalıda yaşananları insanlıq suçu adlandırıb və bütün dünyanı bu vəhşiliyi görməyə çağırıb. Türklərin dünyada yaşadıqları yerləri yurd, yuva etmək üçün ən çox qan və can verən millət olduğunu deyən professor ermənilərin türk toplumlarına qarşı törətdikləri vəhşiliklərə tarixi bütün dövürlərində rast gəlindiyini deyib. Xocalı faciəsini sıradan bir hadisə deyil, ermənilərin reallaşdırdığı ən böyük cinayəti olduğunu bildirən Mehmet Yücel bu soyqırımı törədənlərin qanunlar qarşısında cavab verəcəyi günün yaxın olduğunu bildirib. Professor Azərbaycan və türk gəncliyini birləşərək Xocalıda yaşananları dünyaya haykırmalıdır deyib. 
Təbdirdə Azərbaycanın İstanbuldakı konsulu Xəyyam Daşdəmirov çıxış edib. O, bu gün müstəqil və günü-gündən güclənən Azərbaycanın keçdiyi şərəfli və əzablı yolundan danışıb. Konsul deyib ki, Xocalı qətliamında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur və bunun əlamətləri artıq göz qabağındadır. 
Universitetində təhsil alan azərbaycanlı tələbə Solmaz İsmayılova çxışında Xocalıda  ermənilərin törətdikləri cinayəti tarixi faktalara tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra Xocalı faciəsində lentə alınmış orjinal fotolardan ibarət sərgi açılıb.







RƏYLƏR