Türkiyənin hakim partiyasının üzvlərinə silahlı hücum: ölənlərin sayı artdı - FOTOLAR

OXUNUB: 622 DÜNYA

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb.

 Hadisə nəticəsində, ümumilikdə, 13 nəfər yaralanıb, onlardan 4-ü yerləşdirildiyi xəstəxanada həyatını itirib. Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Ötən gün PKK-HDP terror təşkilatı millət vəkilimizin qardaşını hədəf alaraq öldürdü, ailədən bir neçə nəfəri də yaraladı. Ancaq millətimizin hüzurunu qaçırmağa heç kimin haqqı yoxdur". ***

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.

İnsident nəticəsində 3 nəfər ölüb 8-i yaralanıb.

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub./publika

 

İcmal.Az

RƏYLƏR