Türkiyənin tanınmış aktrisası bu məşhurlar üçün Bakıya GƏLİR

OXUNUB: 791 ŞOU-BİZNES
Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gəlir.

Bu il Azərbaycan ilk dəfə olaraq "Altın Kelebek Mükafatları”-da iştirak edəcək. Ölkəmiz "Azərbaycanın ən parlaq ulduzu” kateqoriyasında təmsil olunur. Bu kateqoriyaya namizədlər Röya, Miri Yusif, Nigar Camaldır. 

Gözəlliyi ilə göz qamaşdıran Neslihan Atagül də "Altın Kelebek Mükafatları” çərçivəsində 3 noyabrda Bakıda təşkil olunacaq "Möcüzə gecəsi” adlı tədbirə namizəd olan müğənnilərə dəstək üçün qatılacaq. 

Tədbirdə xanımları Röya, Miri Yusif, Nigar Camalla yanaşı digər ulduzların və djlərin konserti, müxtəlif şou proqramlar, saç/vizaj stilistlərinin məsləhətləri və digər sürprizlər gözləyir.

Qeyd edək ki, "Möcüzə Gecəsi”-də ancaq xanımlar iştirak edə bilərlər./big
İcmal.Az

RƏYLƏR