Türkmənistan prezidenti avtoşluq etdi – VİDEO

OXUNUB: 576 DÜNYA

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avtomobil idmanı üzrə Milli Mərkəzdə "BMW M3”də "drift” edib.

İcmal.Az-ın xəbərinə görə, müvafiq videonu "Türkmənistan xronikası” nəşri dərc edib.

Nəşrin məlumatına əsasən, bundan əvvəl Türkmənistan Daxili İşlər Nazirliyi Mərkəz üçün yeni idman avtomobilləri alıb. Dövlət başçısı avtomobillərin keyfiyyətini yoxlamaq üçün şəxsən sükan arxasına keçib.

Qeyd olunur ki, Berdiməhəmmədov cavanlıqda avtomobil idmanı ilə məşğul olub və müxtəlif yarışlarda iştirak edib.

İcmal.Az

RƏYLƏR