Türkmənistanda “77” rəqəmi olan nömrələr yığışdırılır

OXUNUB: 553 DÜNYA

Türkmənistanda yol polisləri dövlət qeydiyyat nömrəsində "77” rəqəmi olan avtomobillərin "ovu”na başlayıb. 

İcmal.Az "Radio Azatlık”a istinadla xəbər verir ki, bu nömrələr sürücülərdən alınır, onların əvəzinə isə yeni nömrələr verilir. 

Mənbənin verdiyi məlumatına görə, son bir həftədə Daçiqursk vilayətində aparılan reydlər zamanı belə dövlət qeydiyyat nömrəsi olan maşınların hamısı müvəqqəti saxlama məntəqəsinə aparılıb. 

Polislər avtomobil sahiblərinə bunun yuxarıdan verilən əmr olduğunu bildirsə də, bunun hansı səbəbdən aparıldığını açıqlamaya bilməyiblər. 

Qeyri-rəsmi məlumatlara görə, "77” rəqəmi olan bütün nömrələr Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun qohumlarına təqdim olunacaq. Bu nömrə sahibləri toxunulmaz olacaq, onların qayda pozuntusu zamanı saxlanılması qadağan ediləcək. 

Bu versiya nədən irəli gəlir?

Reydlərdən biri zamanı polis inspektoru Berdımuhammedovun qohumunu saxlayıb. Bu zaman həmin şəxs prezidentə hadisə ilə bağlı şikayət edib. Türkmənistan prezidenti hadisədən sonra ölkənin daxili işlər naziri İsgəndər Mulikova şiddətli töhmət verib. 

İcmal.Az

RƏYLƏR