Türkmənistanda seçkilərin təqvimi açıqlanıb

OXUNUB: 233 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, deputatlığa namizədlik üçün ərizələr fevralın 24-dək verilə bilər. Türkmənistanın Seçki Qanununa əsasən, namizəd irəli sürmək hüququ siyasi partiyalara, eləcə də seçkinin təyin olunmuş gününə qədər qeydə alınmış vətəndaş təşəbbüs qruplarına məxsus olacaq. Konstitusiyaya görə, 5 ildən bir keçirilən parlament seçkiləri martın 26-da keçiriləcək. Müvafiq qanunun 44-cü maddəsinə əsasən, deputatlığa namizədlik prosesi seçkiyə 60 gün qalmış başlayır və seçkiyə 30 gün qalmış başa çatır.

7NEWS.az

RƏYLƏR