Tut ağaclarını kəsən cərimələndi - FOTO

OXUNUB: 500 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-dən İcmal.Az-a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhəri, 14-cü məhəllədə dörd ədəd tut və bir ədəd qarağac ağaclarının budaqlarının kəsildiyi aşkar edilib. 

Araşdırma zamanı ağacların budaqlarının Sumqayıt şəhər sakini Rəşad Tağıyev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, fiziki şəxs qismində 1000 manat məbləğində cərimə olunub.      

 

İcmal.Az

RƏYLƏR