TV-də qalmaqal: 8 nəfər efiri yarımçıq qoyub, işdən çıxdı - Ülviraya ağır ittihamlar

OXUNUB: 639 SOSİAL
CVN (Cavan) televiziyasının işçiləri kütləvi şəkildə istefa verib.

7News.Az xəbər verir ki, bu barədə TV-nin əməkdaşları sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, 3 aparıcı, 5 müxbir efiri yarımçıq qoyaraq, işi tərk edib.
Buna səbəb kimi isə TV-nin baş prodüseri Ülvira Qarayevanın hərəkətləri göstərilib. 

"14 dekabr tarixində CVN (Cavan) televiziyasının 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk edib. Buna səbəb baş produser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub. Oxşar səbəblərə görə bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib”, - deyə TV-nin işdən çıxan əməkdaşlarından biri olan Günel Xəzəl yazıb.
 
İcmal.Az

RƏYLƏR