Twitter-dən istifadə edən qadına 34 il həbs cəzası verilib

OXUNUB: 245 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, tətil üçün vətəni Səudiyyə Ərəbistanına qayıdan İngiltərənin Lids Universitetinin doktorantı Salma əl-Şehab 2021-ci ilin yanvarında həbs edilib. Evli və iki uşaq anası olan əl-Şehab ilk olaraq xüsusi terror məhkəməsi tərəfindən Twitter hesabı olması və internet saytından "ictimai qarışıqlıq yaratmaq, vətəndaş və milli təhlükəsizliyi pozmaq" üçün istifadə etdiyi üçün 3 il həbs cəzasına məhkum edilib. Apellyasiya məhkəməsi ötən bazar ertəsi cəzanı artıraraq, əl-Şehabı 34 il həbs və 34 illik səyahət qadağası ilə cəzalandırıb.

7NEWS.az

RƏYLƏR