UBER-in 50 milyon müştərisinin məlumatları oğurlandı - VİDEO

OXUNUB: 576 İQTİSADİYYAT

Hakerlər UBER-in 57 milyon müştərisinin və sürücüsünün şəxsi hesablarını ələ keçiriblər. 

İcmal.Az Bloomberg-ə istinadən xəbər verir ki, hakerlər tərəfindən şirkətin 50 milyon müştərisinin adı, elektron hesabı və telefon nömrələri, eləcə də, 7 milyon sürücünün şəxsi məlumatları oğurlanıb. Şirkətdən bildirilir ki, hakerlər kredit kartları məlumatlarını, gedişlərin istiqamətlərini ələ keçirə bilməyiblər. 

Qeyd edək ki,  hadisədən sonra şirkətin iki yetkilisi işdən çıxarılıb. 

İcmal.Az

RƏYLƏR