“Uber”ə kiberhücumda Rusiyanın əli var?

OXUNUB: 624 İQTİSADİYYAT

"Uber” xidmətinin minlərlə müştərisi əmindir ki, onların səhifələrini rusiyalı hakerlər sındırıb. Belə ki, onlara Moskva və Sank-Peterburqda bu xidmətdən istifadə etdiklərinə dair hesab fakturaları gəlib, halbuki bu insanlar Rusiyaya səfər etməyib.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Times” məlumat yayıb.

Qəzet yazıb ki, 800-dən çox britaniyalı və amerikalı "Twitter”də "Uber”dəki qeydiyyat səhifələrinin oğurlandığını bildirib. Onlar əmindir ki, oğurlanan qeydiyyatları "darknet”də (bir-birinə etimad edən iştirakçılar arasında qurulan özəl şəbəkə) satılıb.   

Xatırladaq ki, hakerlərin "Uber”in 57 milyondan çox istifadəçisinin və sürücüsünün şəxsi məlumatlarını oğurladıqları barədə xəbər yayılıb. Olay 2016-cı ilin oktyabrında baş verib. Dünya üzrə 50 milyondan çox istifadəçinin adları, elektron ünvanları, mobil nömrələri hakerlərin əlinə keçib. Bundan başqa, 7 milyon sürücü, o cümlədən ABŞ-dakı 600 min sürücülük vəsiqəsi barədə məlumatlar da hakerlərin əlindədir.

Bununla yanaşı, "Uber” bəyan edib ki, kredit kartları, səfərlərin marşrutu barədə informasiyaları qorumaq mümkün olub.

İcmal.Az

RƏYLƏR