Ucarda 10 yaşlı uşağın asılmış halda meyiti tapıldı

OXUNUB: 779 HADİSƏ
Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb.

Hadisə rayonun Alpı kəndində baş verib.
 
Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.

Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, V. Quliyev ağacda quraşdırılmış yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb və uşaq boğularaq ölüb.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./apa
 
İcmal.Az

RƏYLƏR