Ucarda 4 bal gücündə zəlzələ olub

OXUNUB: 686 HADİSƏ

Ucarda zəlzələ olub.

Bu barədə İcmal.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:41:13-də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.

İcmal.Az

RƏYLƏR