Ucarda avtomobil 2-ci sinif şagirdini vuraraq öldürüb

OXUNUB: 744 HADİSƏ

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb.

Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi "VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub.

İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./apa

İcmal.Az

RƏYLƏR