UEFA Azərbaycan və Ermənistanla bağlı qərarını verdi

OXUNUB: 686 İDMAN

UEFA Avropa Millətlər Liqasının püşkatma prosedurunu təsdiqləyib. 

İcmal.Az-ın Apasport.az-a istinadən məlumatına görə, bu barədə qitənin ali futbol qurumunun İsveçrənin Nyon şəhərində keçirilən iclasında qərar verilib.

Püşk mərasimi 2018-ci il, yanvarın 24-də keçiriləcək. İsveçrənin Lozanna şəhərində baş tutacaq tədbirdə ümumilikdə 55 komanda 4 liqada mübarizəyə qoşulacaq.

Azərbaycan yığması özündən başqa 15 mümkün rəqibi ilə birlikdə D liqasında yarışacaq. Liqasının güclülərindən olan millimiz ilk səbətdə yer alıb.

16 komanda hərəsində 4 ölkə olmaqla 4 qrupda mübarizə aparacaq.

Maraqlıdır ki, UEFA siyasi konfliktdə olan dövlətləri də nəzərə alıb. Belə ki, həm D liqasındakı Azərbaycan və Ermənistan, həm də B liqasındakı Rusiya və Ukrayna eyni qrupa düşməyəcək.

İcmal.Az

RƏYLƏR