UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödəyib

OXUNUB: 876 AZƏRBAYCAN İDMAN

UEFA-nın Azərbaycan klubları üçün ayırdığı vəsait komandaların hesabına köçürülüb. 2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak üçün 4 klub qazanc əldə edib. AFFA-nın vasitəsilə UEFA Çempionlar Liqasında iştiraka görə "Qarabağ” büdcəsinə həmrəylik ödənişi kimi 1 milyon 140 min avro köçürülüb. UEFA Avropa Liqasında iştirak üçün həmrəylik ödənişi alan klublardan "Neftçi” 780, "Qəbələ” 260, "Səbail” 240 min avro əldə edib.

RƏYLƏR