Uels millisinin futbolçusu zədələndiyindən Azərbaycanla oyunu buraxacaq

OXUNUB: 744 İDMAN
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Uels millisi itki ilə üzləşib.
İCMAL.az-ın məlumatına görə, britaniyalıların baş məşqçisi Rayan Giqqz tsiklin son oyunlarında Conni Uilyamsın xidmətindən yararlana bilməyəcək.
Buna "Çarlton” klubunda çıxış edən yarımmüdafiəçinin zədələnməsi səbəb olub. 26 yaşlı futbolçu "Derbi” ilə matçın ilk hissəsində xəsarət alıb.
Əməliyyat olunacaq futbolçu ən azı iki ay yaşıl meydanlardan uzaq düşəcək. Bu səbəbdən də C.Uilyams seçmə mərhələnin noyabrın 16-da Azərbaycan, üç gün sonra Macarıstana qarşı görüşlərində də iştirak edə bilməyəcək.

RƏYLƏR