Ueyn Runi qadınla əyləndi, polisin əlinə keçdi - FOTO

OXUNUB: 690 DÜNYA

Məşhur ingilis futbolçu, "Everton" klubunun forvardı Ueyn Runi sərxoş vəziyyətdə avtomobil  sürərkən polis tərəfindən saxlanılıb.

 Çeşir qraflığının polisi 31 yaşlı futbolçununu sərxoş olduğunu təsbit edəndən sonra onu buraxıb.

Bəlli olub ki, Ueyn Runi Elderli Eyc şəhərciyindəki "The Bubble Room" restoranında "Mançester Yunayted"in sabiq oyunçusu Ues Braunla içib sərxoş olandan sonra masaya dırmaşaraq rəqs edib.

Daha sonra o, "Piccolino" restoranına yollanıb və burada 29 yaşlı Lora Simpsonla tanış olub.

5 yaşlı oğlunu təkbaşına böyüdən, ofisdə çalışan Lora Simpsonla əylənən Runi gecənin bir aləmində qadının "Volkswagen Beetle" avtomobilinin sükanı arxasına əyləşib.

Ueyn Runi və Lora Simpson "Symposium" restoranına yollanıblar. Burada da içib keflənən runi L.Simpsonu evinə aparıb, orada qadınla sağollaşaraq Pretsberidəki malikanəsinə qayıdıb.

Futbolçunun məhkəmə prosesi sentyabrın 18-də olacaq.

U.Runinin üç övladının anası, 4-cü uşağa hamilə, 31 yaşlı Kolin Runi isə uşaqları ilə birlikdə İspaniyanın Mayorka kurortundadır./milli

İcmal.Az

RƏYLƏR