Ueyn Runi və xanımı cərimələndi - maşınları aparıldı - FOTO

OXUNUB: 418 MARAQLI

Məşhur ingilis futbolçu, hazırda ABŞ-ın "DS Yunayted" klubuna transfer olunmuş Ueyn Runi və xanımı Kolinin konsertə səfərləri pərişanlıqla başa çatıb.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, onlar 130 min funt-sterlinq dəyərində Range Rover Overfinch avtomobilində Mançester şəhərindəki "Etihad" stadionuna yollanmışdılar.

Amerikalı müğənni Beyonse Nouls və əri, reper və prodüser Cey Zi bu arenada konsert verirdilər.

Konsert "On The Run II" qastrol turnesi çərçivəsində idi.

 

32 yaşlı futbolçu maşını dayanacaqdan kənarda saxladığı üçün evakuator avtomobil onu dərhal aparıb.

Polisdən verilən məlumata görə, U.Runi avtomobili səkidə saxladığı üçün 105 funt-sterlinq məbləğində cərimələnib.

İcmal.Az

Ueyn Runi və xanımı cərimələndi - maşınları aparıldı - FOTO

Ueyn Runi və xanımı cərimələndi - maşınları aparıldı - FOTO

Ueyn Runi və xanımı cərimələndi - maşınları aparıldı - FOTO

RƏYLƏR