Ukrayna Azərbaycanın almaq istədiyi raketləri göstərdi – VİDEO

OXUNUB: 552 İQTİSADİYYAT
Ukraynada "Qrom-2” operativ-taktiki raketləri sınaqdan keçirilib.

Sınaqlara dair videomaterial Ukrayna Milli Sənaye portalının saytında yerləşdirilib.

"Qrom-2” operativ - taktiki raketləri 280 kilometr məsafədə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir ki, bu da taktiki-texniki parametrlərinə görə "İsgəndər-M” raketlərinin göstəricilərinə yaxındır. 

Qeyd edək ki, Ukrayna Hərbi Sənayesi bir neçə il bundan əvvəl raket üzərində işlərə başlayıb. Lakin onun kadrları ilk dəfə yayılıb. Raketin hazırlanmasında belaruslu mütəxəssislər də iştirak edib. Raketlər Belarus istehsalı olan mobil platforma üzərində yerləşdirilib. 

Xatırladaq ki, bir müddət əvvəl bir neçə xarici KİV Azərbaycanın "Qrom-2” raketləri ilə maraqlandığını yazmışdı. Azərbaycanın gələcəkdə bu raketləri alacağı istisna edilmir. //AzVision.az

 
İcmal.Az

RƏYLƏR