Ukrayna əhalisi 9 ayda 150 min nəfər azalıb

OXUNUB: 596 DÜNYA

Ukrayna əhalisi bu ilin 9 ayı ərzində 150 min nəfər azalıb.

Bu barədə TSN telekanalı Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Əhalinin azalmasında yüksək ölüm səviyyəsi vacib rol oynasa da, doğum səviyyəsinin aşağı olması əsas amil olaraq qalır. BMT reytinqinə əsasən Ukrayna doğum səviyyəsinə görə 172-ci yerdədir.

 

Ukraynanın şərqində silahlı qarşıdurma, valideynlərin maliyyə durumu və sosial zəmanətlər də əhalinin azalmasına təsir göstərən amillər sırasında qeyd edilib. /apa

İcmal.Az

RƏYLƏR