Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov həbs edildi - ÖZƏL

OXUNUB: 1793 HADİSƏ

 

Bu barədəİCMAL.az saytına açıqlamasında Gürcüstan Qarapapaq Türkləri Birliyinin(GQTB)sədri,Gürcüstan Parlamentiüzvlüyünəeks-namizəd Elmar Həsənov deyib.

Daxil olan məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədovu həbs etdirdi.Bunu mətbuata açıqlamasında Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) sədri, Gürcüstan Parlamenti üzvlüyünə eks-namizəd Elmar Həsənov deyib.

Onun bildirdiyinə görə bu gün saat 22:00 radələrində Daşqın Gülməmmədov həbs edilərək naməlum istiqamətə aparılmışdır: "Onun harda olmasi barədə heç bir məlumat yoxdur. Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) sədri Elmar Həsənov sayta açıqlamasında bildirib ki, Daşqın Gülməmmədovun həbs olunacağını öncədən gözləyirmişlər: Bu barədə Ramiz Həsənovun adindan danişan Kamran Ramzanali Daşqın Gülməmmədovu hədələyərək həbs etdirəcəklərini deyirmiş. Kamran Ramazanlı son zamanlar Borçalı İctimai Birliyi ətrafında cərəyan edən hadısələrdən istifadə edərək Birliyə sədrlik niyyətindədir. Bununla bağlı Ramiz Həsənovla görüşdüyünü və onun göstərişinə əsasən "sədr” olacağını bildirmişdir. Buna isə Borçalı Gəncləri etiraz etmişlər. Daşqın Gülməmmədovun kəskin etirazları isə görünür Ramiz Həsənovun işinə yaramamışdı. Bununla bağlı Dövlətin aidiyyatı qurumlarının geniş və qərəssiz araşdırma aparmasını və adı gedən məsələ ilə bağlı düzgün hüquqi qərarın vereceyine inaniriq. Tezliklə Daşqın Gülməmmədovun azad olunmasını tələb edirik!!!”

İCMAL.az

RƏYLƏR