Ukrayna Qüdsi Osmanova cinayət işi açdı - KRIMA QANUNSUZ SƏFƏR EDİB

OXUNUB: 659 HADİSƏ SİYASƏT
Ukrayna Baş Prokurorluğu, işğal edilmiş Krım Muxtar Respublikasına qanunsuz səyahət etmiş, Azərbaycanın Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanov barəsində araşdırma başlanılmasına qərar verib.

Bu barədə Ukrayna Baş Prokurorluğu Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti tərəfindən Qanunlara riayət edilməsinə Nəzarət Departamentinin ərazi bölmələrinə və əməliyyat və istintaq fəaliyyətinə nəzarət Şöbəsinin rəisi S.Samodluçekno mətbuata məlumat verib.
Məlumatda bildirilir ki, Azərbaycanın Molodovadakı Səfiri Qüdsi Osmanovun 2019-cu ilin dekabrında Rusiya tərəfindən işğal edilmiş, Ukraynanın Krım Muxtar Respublikasına getməsi, orada qalması, Rusiya Prezidenti V.Putinlə tədbirdə iştirak etməsi və şəkil çəkdirməsi barədə informasiya müəyyən edilmişdir.
6 fevral 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədovun, Rusiya və Azərbaycan vətəndaşı, Azərbaycanın Moldovadakı Səfiri vəzifəsini tutan, 16 fevral 1966-cı ildə doğulmuş, Qüdsi Dursun oğlu Osmanov barəsində, Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinə (Ukraynanın ərazi bütövlüyünə və milli suverenliyinə qəsd) uyğun olaraq araşdırma başladılması üçün, Ukrayna Baş Prokuroru, xanım, İ.Venediktovaya, Ukrayna Təhlükəsizlik Xidmətinin Sədri İ.Bakanova, MN Baş Kəşfiyyat İdarəsinin Rəisi K.Budanova və Xarici İşlər Naziri D.Kulebaya göndərdiyi rəsmi məktublar əsasında xüsusi və məxfi araşdırma aparılmasına qərar verilmişdir. Həmiçinin 11 fevral 2021-ci tarixdə Ukrayna Baş Prokuroluğu Krım Muxtar Respublikası Prokurorunun müavini N.Süleymanova əlavə olaraq tədqiqat aparılması üçün üçün xüsusi təlimat da verilib.
 

RƏYLƏR